Yaponiya məhkəməsi ABŞ ilə ortaq hava bazasından havaya qalxan təyyarələrin səs-küyünə görə baza ətrafında yaşayanlara təzminat ödənilməsinə qərar verib.
Viral.az xəbər verir ki, Yokohama Rayon Məhkəməsi təxminən 8700 şikayətçinin Tokio yaxınlığındakı Atsugi Hava Bazasından havaya qalxan təyyarələrin səs-küyünə qarşı qaldırdığı iş üzrə qərarını açıqlayıb.
Məhkəmə öz qərarında Yaponiya hökumətini səs-küy nəticəsində yaranan “keçmiş narahatlıqlara” görə ümumilikdə 5,9 milyard yen (təxminən 38 milyon dollar) təzminat ödəməyə məcbur edib.
Son Yazılar:
- Leyla və Arzu Əliyevalar COP29-da sərgi ilə tanış OLDU
- Şahin Quliyev işdən çıxarıldı, yerinə o təyin EDİLDİ
- Prezidentdən Ağdamla bağlı paylaşım – VİDEO
NHK dövlət televiziyasının məlumatına görə, qərar hərbi bazadan uçuşların dayandırılması və “gələcək narahatçılığa” görə hərtərəfli kompensasiyanın ödənilməsi tələblərini rədd edib.