İsrail həbsxanalarında 270 fələstinli uşaq saxlanılır

İsrail həbsxanalarında saxlanılan 270 fələstinli uşağın işgəncə və təzyiqlərə məruz qaldığı açıqlanıb.

Viral.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyəti “20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günü” münasibəti ilə yazılı açıqlama yayıb.

“İşğalçılar, əksəriyyəti Ofer və Megiddo həbsxanalarında olmaqla ən azı 270 fələstinli uşağı saxlamağa davam edir”, – bəyanatda deyilir.

Son Yazılar:

Açıqlamada İsrailin soyqırım törətdiyi Qəzza zolağında saxlanılan uşaqların bu rəqəmə daxil olmadığına diqqət çəkilib.