“Opel” yeniyetməni vurub öldürdü

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Viral.az-a verilən məlumata görə, bu gün saat 19:30 radələrində Şabran rayonu ərazisində rayon sakini Məmmədəli Quliyev idarə etdiyi “Opel” markalı avtomobil ilə yolu keçən piyada 2008-ci il təvəllüdlü rayon sakini L.Osmanovanı vurub.

Son Yazılar:

 

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran RMX-çatdırılan şəxs orada ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.