Naxçıvandan acı xəbər: Ana və iki övladı…

Naxçıvan şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Viral.az xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının qarşısında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyeva Sona Akif qızı və övladları, 9 yaşlı İlkanə və 6 yaşlı Dəniz xəsarət alıblar. Zərərçəkənlər dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb, onlara yumşaq toxumanın əzilməsi diaqnozu qoyulub.

Son Yazılar:

Faktla bağlı araşdırma aparılır.