Meksikada qadın prezident seçildi

Meksikada bazar günü keçirilən prezident seçkilərində səslərin hesablanması başa çatıb..

 

Viral.az xəbər verir ki, bu barədə Meksika Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Son Yazılar:

 

Qalib Klaudiya Şeynbaum seçicilərin 59,75 faizinin dəstəyini qazanıb.

 

Onun ən yaxın izləyicisi, müxalifətdən Soçitl Galvez 27,45 səslə üçüncü olub.

 

18%, üçüncü yeri tutan Xorxe Alvares Maines isə 10,3212% səs toplayıb.

 

Ümumilikdə 60 114 180 Meksika vətəndaşı səs verib.

 

Bazar günü keçirilən ümumi seçkilərdə meksikalılar yeni konqresə də səs verib, 8 ştatın qubernatorlarını və Mexiko şəhərinin merini müəyyənləşdiriblər.

 

Hökumətyönümlü “Tarix yazmağa birlikdə davam edək” koalisiyası parlamentin hər iki palatasında çoxluğu təmin etməklə yanaşı, 6 ştatda keçirilən qubernator seçkilərində də qalib gəlib. Koalisiyanın namizədi Klara Bruqada Mexiko şəhərinin meri seçilib.

 

Meksikanın yeni prezidentinin andiçmə mərasimi oktyabrın 1-də baş tutacaq.