Bayden Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Co Bayden iyunun 7-də Fransada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.

 

Viral.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirib.

Son Yazılar:

 

Bayden Normandiyada desantının 80 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək üçün Fransada səfərdədir.

 

ABŞ lideri Zelenski ilə Parisdəki “InterContinental Paris Le Grand Hotel”də görüşəcəklər.

 

6 iyun 1944-cü ildə Britaniya, ABŞ və Kanada hərbi birləşmələri Normandiya sahillərinə çıxmaqla Fransa ərazisinə girmiş oldular.

 

Bu, şimal-qərbi Fransanın müttəfiqlər tərəfindən ələ keçirilməsini nəzərdə tutan strateji “Overlod” əməliyyatının birinci mərhələsiydi.