Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkənin daxili işlər naziri Məhəmməd Xıdırova xidməti vəzifələrini lazımınca yerinə yetirmədiyinə və işində yol verdiyi nöqsanlara görə töhmət verib.
Viral.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, bu barədə qərarı dövlət başçısı ölkənin Dövlət Təhlükəsizlik Şurasında elan edib.
Son Yazılar:
- “İğtişaş olsa, interneti kəsəcəyik” – Lukaşenko
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
Berdiməhəmmədov xidməti vəzifələrini lazımınca yerinə yetirmədiyinə və işində yol verdiyi nöqsanlara görə Türkmənistan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Yazgəldi Nuriyevə də sərt töhmət verib.
Qeyd edək ki, Xıdırov 2022-ci ilin aprelində daxili işlər naziri, Nuriyev isə 2021-ci ilin yanvarında Sərhəd Xidmətinin rəisi təyin edilib.