Göyçayda ağır qəza – Sürücünün qolu amputasiya edildi

Goyçayda ağır avtomobil qəzası baş verib.

 

Viral.az xəbər verir ki, hadisə nəticəsində rayon Bığır kənd sakini 1991-ci il təvəllüdlü Fətəliyev İlkin Elbrus oğlu ağır bədən xəsarəti alıb.

 

Vəziyyəti ağır olan şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Xəsarət alan şəxsin bir qolu amputasiya edilib.

 

Faktla bağlı araşdırma aparılır.