HƏMAS İsraillə səkkiz aylıq müharibədə qüvvələrinin təxminən yarısını itirib.
Viral.az-ın məlumatına görə, bu barədə ABŞ və İsrail rəsmiləri “Reuters” agentliyinə bildiriblər.
Son Yazılar:
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
Hesablamalara görə, toqquşmaların başlamasından əvvəl HƏMAS-ın 20,000-25,000 döyüşçüsü olub, oktyabrın 7-dən bu yana 9-12 min arası üzvü öldürülüb. Bunun əksinə olaraq, İsrail Qəzza kampaniyasında 300-ə yaxın əsgərini itirdiyini bildirir.
Ekspertlər isə deyir ki, HƏMAS qüvvələrinin böyük hissəsini itirdiyi üçün Qəzza zolağında müharibə strategiyasını dəyişib. Təşkilat artıq birbaşa toqquşmalardan yayınır və qiyamçılara məxsus taktikalardan istifadə etməyə başlayıb. Silahlılar İsrail ordusuna qarşı əsasən “vur-qaç” adlandırılan üsullardan istifadə edir.
HƏMAS döyüşçüləri cənubdakı Rəfah şəhərinə yaxınlaşan İsrail qüvvələri ilə birbaşa toqquşmadan yayınırlar. Bunun əvəzində onlar İsrail hərbçilərinə pusqu qurur, arxa cəbhədəki hədəfləri vurmaq üçün kurslar üsullarla hazırlanan əldəqayırma bombalardan istifadə edirlər. Qəzza zolağında olan jurnalistlər və ekspertlər də HƏMAS-ın taktika dəyişdiyini bildirir.
“Əvvəlki aylarda HƏMAS döyüşçüləri İsrail əsgərləri ərazilərinə daxil olan kimi onların qarşısını kəsir, döyüşür və atəşə tuturdular. Ancaq indi onların əməliyyat rejimində nəzərəçarpacaq dəyişiklik var, onların İsrail həbçilərinin yerləşdirilməsini gözləyirlər, sonra isə pusqulara və hücumlara başlayırlar”, – Qəzza zolağında olan şəxslərdən biri deyib.
Müşahidəçilər deyir ki, tunellər vasitəsilə Qəzzaya gətirilən və İsrail hərbçilərindən ələ keçirilən silah-sursatla HƏMAS müqaviməti aylarla davam etdirə bilər. Yeri gəlmişkən İsrailin baş naziri Benyamin Netanyahunun milli təhlükəsizlik üzrə müşaviri keçən həftə müharibənin ən azı 2024-cü ilin sonuna qədər davam edə biləcəyini söyləyib.
HƏMAS-a yaxın kanallar sosial şəbəkələrdə İsrail hərbçilərinə qarşı pusqu qurulması ilə bağlı videolar paylaşırlar.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Peter Lerner HƏMAS qüvvələrinin yarısının məhv edildiyini bildirib. O, İsrail ordusunun qrupun taktika dəyişikliyinə uyğunlaşdığını söyləyib.
İsrail və ABŞ rəsmilərinin bildirdiyinə görə, HƏMAS-ın son mühüm qalası olan Rəfahda təxminən 7-8 min silahlı var. Qrupun liderləri Yəhya Sinvar, qardaşı Məhəmməd və Sinvarın ikinci komandiri Məhəmməd Deif hələ də sağdır və İsrail girovları ilə tunellərdə gizləndikləri güman edilir.
HƏMAS illər ərzində 500 km uzunluğunda yeraltı tunellər şəhəri inşa edib. İsrail hərbçiləri tərəfindən “Qəzza metrosu” adlandırılan labirint Nyu-York metro sisteminin təxminən yarısı qədərdir. Su, elektrik və ventilyasiya ilə təchiz olunmuş tunel şəbəkəsində HƏMAS liderlərin, komanda və idarəetmə mərkəzləri, silah və sursat anbarları var.
İsrail ordusu keçən həftə bildirib ki, silah qaçaqmalçılığının qarşısını almaq üçün Qəzza-Misir quru sərhədi bütünlüklə nəzarətə götürülüb. Bölgədə HƏMAS-ın Qəzzaya silah daşımaq üçün istifadə etdiyi 20-yə yaxın tunel tapılıb.