Ermənistanda dəhşətli partlayış – 7 nəfər… (FOTO)

Ermənistanda yanacaqdoldurma məntəqələrindən birində güclü partlayış baş verib.

 

Viral.az yerli mətbuata istinadən xəbər verir ki, İrəvan-Göyçə yolunun 2-ci kilometrliyində baş verən partlayışdan sonra yanğın başlayıb.

 

İlkin məlumatlara görə, yanacaqdoldurma məntəqəsində maye qaz çəni partlayıb. 

 

Partlayış nəticəsində 7 nəfər yaralanıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

13551891355188