Naxçıvanda mebel sexi YANDI

Naxçıvan Muxtar Respublikası Babək rayonu Zeynəddin kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın baş verib.

Viral.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Babək rayonu Zeynəddin kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğının baş verməsi barədə məlumat daxil olub.

Son Yazılar:

Məlumatla əlaqədar Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğınlar qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 300 kavdrat metr olan sex və ona bitişik qarajın çardaq hissəsi, sexdə olan avadanlıqlar və digər əşyalar yanıb, qarajda olan minik avtomobilin sol tərəfi istiliyin təsirindən zədələnib. Bu tikililərə yaxın məsafədə yerləşən ümümi sahəsi 154 kvadrat metr sahəsi olan fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə edilib.