4 saytın rəhbəri həbs EDİLDİ

Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri barələrində rüsvayedici məlumatlar yaymaqla hədəyərək onların pul vəsaitlərini ələ keçirən bir neçə sayt rəhbəri polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Viral.az xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olan çoxsaylı şikayətlər əsasında “Aztvnews.az” saytının baş direktoru Seymur Məmmədov, “Qaynar-xett.az” saytının baş direktoru Zaur Əhmədov, “Postbaku.net” xəbər saytının baş direktoru Eldəniz Mejdunov, “Aja.az” saytının baş direktoru Elvin Qurbanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin barələrində işgüzar nüfuzlarına təsir göstərən videoreportaj hazırlayıb mediada yaymaqla hədələyib müxtəlif məbləğlərdə pul vəsaitləri tələb ediblər.

Son Yazılar:

Faktla bağlı BMCMİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunan S.Məmmədova 32, Z.Əhmədova 24. E.Mejdunova 7, əvvəllər məhkum olunan E.Qurbanova 10 fakt üzrə ittiham elan edilməklə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanan cinayət işi aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. // report.az