Rusiya Federasiyası “Oreşnik”in seriya istehsalına başlayıb.
Viral.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası düşmənin hərəkətlərinə cavab olaraq “Oreşnik”in döyüş sınaqlarını davam etdirəcək.
Son Yazılar:
- Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək
- İtkin düşən cütlüyün qalıqları 44 il sonra tapıldı
- Azərbaycanda zəlzələ oldu
Putin xatırladıb ki, Rusiya Federasiyası NATO-ya uzaqmənzilli raketlərdən istifadə ilə bağlı xəbərdarlıq edib.
Rusiya prezidenti qeyd edib ki, Baş Qərargah və Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində “Oreşnik” tərəfindən məhv edilmək üçün hədəflər seçir:
“Kiyevdəki qərar qəbuletmə mərkəzləri” Oreşnik” hədəfinə çevrilə bilər”.
Putin onu da bildirib ki, “Oreşnik”dən kütləvi şəkildə istifadə olunarsa, zərbənin gücü nüvə silahına bərabər ola bilər.