ABŞ-də 44 il əvvəl yoxa çıxan cütlüyə aid olduğu güman edilən insan qalıqları tapılıb.
Viral.az xəbər verir ki, bu barədə “Sky News” xəbər verir.
Belə ki, hüquq-mühafizə orqanları Corciya ştatının Qlenn qraflığında gölməçədə 1978-ci ilin “Lincoln Continental” avtomobilinə bənzəyən su altında qalmış avtomobil aşkarlayıb.
Son Yazılar:
- Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə ETDİ
- Beş vəkilə xəbərdarlıq olundu, dörd vəkilə töhmət VERİLDİ
- “Real” klubunun avtobusu İngiltərədə qəzaya UĞRADI
Məlumata görə, onilliklər əvvəl müəmmalı şəkildə yoxa çıxan neft şirkətlərindən birinin keçmiş rəhbəri Çarlz Romer həyat yoldaşı Ketrin ilə burada səyahət ediblər. Onlar 1980-ci ildə yoxa çıxıblar, bundan sonra genişmiqyaslı axtarışlar başlayıb.
Versiyalardan birinə görə, cütlük oteldə qalıb və daha sonra avtomobillə ərazini gəzmək qərarına gəlib, lakin bir daha geri qayıtmayıb. Aidiyyəti işçilər vəziyyəti polisə çatdırıblar. 44 ildən sonra hüquq-mühafizə orqanları itkin düşdüyü iddia edilən şəxslərin qalıqlarını tapmağa nail olub. Ehtimal olunur ki, kimsə cütlüyü soymağa cəhd etmiş ola bilər, çünki Romer itkin düşən zaman onun təxminən 81.000 dollar dəyərində zinət əşyaları olub. Bununla belə, qəza araşdırılır.
Sevinc İBRAHİMZADƏ