“Apple” şirkəti ilk qatlana bilən smartfon olan “iPhone”un aktiv inkişaf mərhələsinə başlayıb.
Viral.az xəbər verir ki, bu barədə Koreyalı insayder danışıb.
Müəllif şirkətin “formal inkişaf prosesinə” başladığını və displey istehsalçısı ilə qatlana bilən ekranların istehsalı üçün razılığa gəldiyini öyrənib.
Son Yazılar:
- “Qarabağ”ın “Lion”la oyun üçün – Heyəti
- Millimiz Rusiyaya UDUZDU
- Cəlilabadda qanunsuz ov faktı AŞKARLANDI
Qatlanan smartfon bazarında liderlərdən biri olan “Samsung” Korporasiyası 2025-ci ildə buraxılması nəzərdə tutulan “Galaxy Z Fold 7” və “Galaxy Z Flip 7″nin hazırlanmasını planlaşdırıb. Qeyd olunur ki, Cənubi Koreyanın İT nəhəngi adətən qatlanan qurğuların hazırlanmasına sonradan başlayır. Bundan əlavə, “Samsung” aşağı qiymətli qatlana bilən telefon üzərində işə başlaya bilər.
Yusif EYVAZLI