“Həm uşaqlar, həm də böyüklər qızılcaya yoluxa bilər. Xüsusilə 30 yaşından sonra yoluxsanız, ciddi fəsadlara səbəb ola bilər”.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə infeksionist, tibb elmləri doktoru Vladimir Neronov bildirib.
Onun sözlərinə görə, fəsadlar arasında pnevmoniya, ensefalit, hepatit və digər ciddi patologiyalar ola bilər ki, onların bəziləri hətta ölümlə nəticələnə bilər.
Son Yazılar:
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
- Ümummilli liderin anım günüdür
“Qızılca virusu xəstənin tüpürcəyinin mikrodamcıları ilə ötürüldükdə hava-damcı yolu ilə yoluxa bilər. Tüpürcək selikli qişalara əllər və ya əşyalar vasitəsilə daxil olduqda yoluxmanın kontakt üsulu da mümkündür”, – Neronov aydınlıq gətirib.
Həkim qeyd edib ki, qızılca xəstəliyinin bir xüsusiyyəti onun həddindən artıq yoluxucu olmasıdır: xəstə ilə təmasda olan, demək olar ki, bütün peyvənd olunmamış insanlar yoluxur. Peyvənddən imtina, peyvənd cədvəlinin pozulması və əvvəllər peyvənd olunmuşlarda immun reaksiyanın zəifləməsi nəticəsində yaranan kollektiv immunitetin azalması fonunda qızılca xəstəliyinə yoluxma halları artmaqdadır ki, bu da mütəxəssislərin narahatlığına səbəb olur.
İnfeksionistin izah etdiyi kimi, yetkinlərdə qızılcanın inkişafı dörd mərhələdən keçir. İnkubasiya dövrü 14 günə qədər, bəzən immunoqlobulin tətbiq edildikdə 21 günə qədər davam edir. Bu dövrdə heç bir əlamət yoxdur, lakin şəxs artıq başqalarına yoluxa bilər.
“Sonra kəskin respirator infeksiyanı (kəskin respirator xəstəlik – Red.) xatırladan kataral mərhələ gəlir: temperatur yüksəlir, burun axması və öskürək görünür, insan özünü zəif hiss edir. Bundan əlavə, konyunktivit əlamətləri də mümkündür. Bu vəziyyətdə qızılcanın əsas təzahürü olan səpgi ilk simptomlardan beş gün sonra görünür. Qırmızı ləkələr əvvəlcə üzdə, qulaqların arxasındakı nahiyədə, sonra isə bütün bədənə yayılır. Xəstəliyin sonunda səpgilər tədricən yox olur, hərarət aşağı düşür və xəstə yoluxucu olmağı dayandırır. Bununla belə, sağaldıqdan sonra da immunitet sistemi zəifləmiş qalır ki, bu da bakterial fəsadların riskini artırır. Eyni zamanda, peyvənd edilmiş şəxs də xəstələnə bilər, lakin xəstəlik yüngül keçəcək və ağırlaşmalara səbəb olmayacaq. Eyni zamanda, hamiləlik, ağır immunçatışmazlıq, onkoloji və immun sisteminin imkanlarını məhdudlaşdıran digər hallarda peyvəndin əks göstəriş olduğunu ekspert vurğulayıb. Lakin əksər insanlar üçün peyvənd xəstəlikdən qorunmağın ən təsirli yolu olaraq qalır”, – deyə həkim bildirib.
Yusif EYVAZLI