Zelenski bu gün Baydenlə görüşəcək

Bu gün, iyunun 7-də ABŞ prezidenti Co Bayden Fransada Vladimir Zelenski ilə görüşəcək.

Viral.az xəbər verir ki, məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

ABŞ liderinin rəsmi iş cədvəlində Bayden və Zelenski arasında görüşün Parisdəki InterContinental Paris Le Grand otelində baş tutacağı bildirilir.

Son Yazılar:

Eyni zamanda, Fransanın “Le Monde” qəzeti yazır ki, iyunun 7-də Zelenskinin Fransa prezidenti Emmanuel Makronla da görüşü olacaq.

Bundan əvvəl, iyunun 4-də Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirmişdi ki, prezident Bayden ukraynalı həmkarı Zelenski ilə Normandiyada müttəfiqlərin yerləşdirilməsinin 80 illiyinə həsr olunmuş Avropaya, xüsusən də Fransaya səfəri zamanı iki görüş keçirə bilər.