Bakıda ticarət mərkəzindən oğurluq

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 475 manat dəyərində geyim əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-dən Viral.az-a bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən 58 yaşlı A.İsgəndərov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Son Yazılar:

 

O, araşdırma aparılması üçün 10-cu Polis Şöbəsinə təhvil verilib.