Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Prezident İlham Əliyevin dəstəyinin önəmindən bəhs edib.
Viral.az xəbər verir ki, bu barədə Ersin Tatar jurnalist Sefa Karahasana verdiyi müsahibəsində deyib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Cənab İlham Əliyev əsl bir türk millətçisidir. Onun Şimali Kipr Türk Cümhuriyyətinin xalqına dəstəyi və bu yöndə açıqlamaları bizim üçün çox vacibdir. Azərbaycanın dəstəyi bizi gücləndirməkdədir. Hər zamanda bizim yanımızda olan cənab İlham Əliyevə və xalqına təşəkkürlərimi çatdırıram”,- Ersin Tatar bildirib.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kiprin Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzv olmasını dəstəklədiyini bildirib.
“Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi olması ilə əlaqədar Azərbaycan çox fəal çalışırdı, fəal diplomatik səylər göstərmişdir və çox şadam ki, artıq birinci addım atıldı. O ki qaldı, Şimali Kipr Türk Cümhuriyyətinin tamhüquqlu üzvə çevrilməsinə, Azərbaycan olaraq biz bunu dəstəkləyirik. Bu, təbii olar”, – İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edən zaman deyib.