“Qarabağ” Misli Premyer Liqasında “Neftçi”ni məğlub edib.
Viral.az–ın məlumatına görə, XV turun sonuncu oyunu “Neftçi Arena”da keçirilib.
Qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 27, 56-cı dəqiqələrdə Leandro Andrade, 53-cü dəqiqədə Nəriman Axundzadə fərqləniblər.
Son Yazılar:
- Ölkədə gedən müharibənin 2025-ci ildə bitəcəyinə ümid edirəm
- Daşkəsən ağ örpəyə BÜRÜNDÜ
- Kobaxidze müxalifətlə danışıqların mümkünlüyünü istisna EDİB
Turnir cədvəlinin birinci pilləsində qərarlaşan “Qarabağ” xallarının sayını 37-yə çatdırıb. “Ağ-qaralar” 13 xalla 8-ci sıradadır.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Turan Tovuz”u, “Sabah” “Səbail”i, “Kəpəz” “Şamaxı”nı 1:0, “Zirə” isə “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.
***
Misli Premyer Liqasının XV turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda üçüncü qol vurulub.
Viral.az-ın məlumatına görə, Ağdam təmsilçisi hesab arasındakı fərqi daha da artırıb – 3:0.
“Köhlən atlar”ın heyətində Leandro Andrade 56-cı özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
***
Misli Premyer Liqasının XV turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda ilk hissə başa çatıb.
Viral.az-ın məlumatına görə, Ağdam təmsilçisi hazırda hesabda öndədir – 1:0.
“Köhlən atlar”ın heyətində 27-ci dəqiqədə Leandro Andrade fərqlənib.
***
Misli Premyer Liqasının XV turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda ilk qol vurulub.
Viral.az-ın məlumatına görə, 27-ci dəqiqədə Ağdam təmsilçisi hesabı açıb.
“Köhlən atlar”ın heyətində Leandro Andrade fərqlənib.
***
Misli Premyer Liqasının XV turundakı “Neftçi” – “Qarabağ” oyunu başlayıb.
Viral.az-ın məlumatına görə, “Neftçi Arena”dakı qarşılaşma saat 19:00-da start götürüb.
Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Turan Tovuz”u, “Sabah” “Səbail”i, “Kəpəz” “Şamaxı”nı 1:0, “Zirə” isə “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.