ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp iş adamı Massad Bulosu Yaxın Şərq üzrə baş məsləhətçi təyin etmək niyyətində olduğunu açıqlayıb.
Viral.az xəbər verir ki, bu barədə siyasətçi “Truth” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Massad təcrübəli hüquqşünas və böyük beynəlxalq təcrübəyə malik hörmətli biznesmendir: “O danışıqlar aparan və Yaxın Şərqdə sülhün sadiq tərəfdarıdır”.
Son Yazılar:
- Azərbaycan millisi Rusiya yığması ilə ikinci yoldaşlıq oyununu keçirəcək
- Azərbaycanda kərə yağı bahalaşıb – QİYMƏTLƏR
- Nuru Paşa Sabirabadda bu evdə qalıbmış
İş adamı seçki kampaniyası zamanı seçilmiş prezidenti fəal şəkildə dəstəkləyib.
Qeyd edək ki, Livan əsilli nigeriyalı milyarder Massad Bulos Trampın qudasıdır. ABŞ-nin yeni seçilmiş prezidentinin kiçik qızı Tiffani Tramp 2022-ci ildə Massad Maykl Bulos ilə evlənib.