“Neftçi” ilə oyunda vacib qələbə qazandıq.
Viral.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Neftçi”yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis ilk hissədə komandasından razı qalmadığını bildirib: “Stadionda yaxşı atmosfer var idi. Hər iki klubun azarkeşlərinə təşəkkür edirəm. Samir Abasova və “Neftçi”yə uğurlar arzulayıram”.
Son Yazılar:
- Dövlət başçısı BƏƏ Prezidentini təbrik ETDİ
- İlham Əliyev Laos Prezidentinə məktub ÜNVANLADI
- Azərbaycanda məşhur restoranın aşpazının evində meyiti tapıldı – FOTO
Qurbanov braziliyalı yarımmüdafiəçi Julio Romaonu zədələndiyi üçün əvəzlədiklərini söyləyib. O, Nəriman Axundzadə və Musa Qurbanlı barədə da danışıb: “İkisi də bu gün pis çıxış etmədilər. Daha yaxşı oynamaları üçün oyun sayları çoxalmalıdır”.
Baş məşqçi bu görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb: “Hazır olan futbolçulara hər zaman şans veririk. Bəzilərində yüklənmələr çox olduğundan bu gün meydana buraxmadıq”.