Ağdərədə dörd nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi BAÇLANDI

Ağdərədə dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə cinayət işi başlanıb.

Viral.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, noyabrın 30-da Ağdərədə avtomobilin aşması nəticəsində Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Son Yazılar:

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.