Vətəndaşların vatsap hesabları oğurlanır, telefon kitabçalarında olan nömrələrə mesajlar göndərilir…
Viral.az Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar vatsappda yeni dələduzluq növü yayılıb. Kiberdələduzlar artıq hesabı rahatlıqla oğurlaya bilərlər.
Hətta bəzi hallarda sizə kontaktınızda olan bir şəxsin nömrəsi ilə də yaza bilərlər. Bu sizdə inamı artırsa da, diqqətli olmalısınız.
Son Yazılar:
- Dövlət başçısı BƏƏ Prezidentini təbrik ETDİ
- İlham Əliyev Laos Prezidentinə məktub ÜNVANLADI
- Azərbaycanda məşhur restoranın aşpazının evində meyiti tapıldı – FOTO
Ekspertlər deyirlər ki, bütün hallarda sizə kimliyindən asılı olmayaraq hər hansı bir şəxs tərəfindən mənbəyi məlum olmayayan linklər göndərilsə, açmağa tələsməyin. Əks halda, kiberdələduzlar vatsap hesabınızı ələ keçirə bilərlər.
Ekspert Azər Əlili tövsiyə edir ki, mütləq qaydada ikili doğrulama funksiyası tətbiq edilməlidir. Bu halda votsapp və bənzəri messenger tətbiqlərinizin təhlükəsizliyi daha yaxşı qoruna bilər.
Viral.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: