Makron Kiyevə Rusiyadakı hədəflərə zərbə endirməyə icazə verib

Fransa Kiyevə 5 döyüş təyyarəsi verəcək və ukraynalı pilotlara təlim keçəcək.

Viral.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

O, həmçinin təsdiqləyib ki, Paris Ukrayna silahlı qüvvələrinə Rusiya Federasiyası ərazisindəki hədəflərə zərbələr endirməyə icazə verir.

Son Yazılar:

“Fransa Ukrayna silahlı qüvvələrinə beş “Mirage” qırıcısı verəcək. Bundan əlavə, təlimatçılarımız 4500 nəfərlik Ukrayna briqadasına təlim keçəcək”, – “Le Figaro” Makronun sözlərini sitat gətirib.

Fransa rlideri həmçinin bildirib ki, Paris Ukrayna Silahlı Qüvvələrinə mülki şəxslərə qarşı silah tətbiq etməyə icazə vermir, lakin Rusiya qüvvələri istiqamətində cavab atəşinə icazə verir.

Fransa ukraynalılara onların mübarizəsində kömək etmək niyyətindədir, lakin Paris münaqişəni gərginləşdirmək istəmir. Makron bildirib ki, təyyarələr Kiyevə öz torpaqlarını qorumağa kömək edəcək.