Bu yolda dayanan “manatlıq” maşınlar cərimələnir — 2 bal 80 manat

20 Yanvar metrostansiyasının yaxınlığından Xırdalana, Masazıra, Sumqayıta, Qobuya və digər ərazilərə gedən “manatlıq” taksilər sıxlığa və tıxaca səbəb olurdular. Yoldakı gərginliyi azaltmaq məqsədilə son günlər qaydaları pozan sürücülər kamera vasitəsilə məsuliyyətə cəlb edilirlər. Bu barədə sosial şəbəkədə sürücülərdən biri məlumat yayıb.

Sağda avtobus zolağı olduğu üçün, onlar sərnişinləri mindirmək üçün ikinci zolaqda dayanmalı olurlar. Avtobus zolağında cərimədən yayınmaq istəyən sürücülər qaş düzəltdikləri yerdə vurub göz çıxarırlar.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub. (Avtosfer.az)

Son Yazılar: