Rusiya Roskomnadzorunun tabeliyində olan İctimai Rabitə Şəbəkəsinin Monitorinqi və İdarəetmə Mərkəzinin (CMU SSOP) mütəxəssisləri mobil cihazlarda rabitənin keyfiyyətini yoxlamaq üçün “Proset” əlavəsini hazırlayıblar.
Viral.az xəbər verir ki, Roskomnadzorun mətbuat xidmətindən bildirilib ki, bu, xarici “Speedtest” tətbiqinin rusiyalı analoqudur.
“Proset xarici “Speedtest” tətbiqinin rus analoqudur, lakin onun əlavə funksiyaları var”, – xəbərdə deyilir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
İstifadəçi internetə qoşulma sürətini müəyyən edə, internetdə resursun mövcudluğu haqqında məlumatı dəqiqləşdirə, sayt və ya xidmətin bloklanmış siyahıda olub-olmadığını yoxlaya biləcək.
“İnternetə qoşulma sürətinin yoxlanılması “Start” düyməsinə basıldıqdan sonra başlayacaq. Test başa çatdıqdan sonra displeydə məlumatların qəbulu və ötürülmə sürəti, həmçinin ping dəyəri (server siqnalının gecikməsi) göstəriləcək. “Bağlantı” düyməsini sıxmaqla əlaqə parametrləri haqqında məlumat əldə edə bilərsiniz. Müəyyən resursun mövcudluğunu yoxlamaq üçün onun ünvanını “Resursların mövcudluğu” bölməsinə daxil etməlisiniz”, – deyə mətbuat xidmətindən bildirilib.
Tətbiq “Android” sistemi üçün uyğundur. “Proset”i rus proqram mağazasında “RuStore”da pulsuz yükləmək mümkündür.
(redaktor.az)