Fransalı taksi sürücüləri ağır iş şərtlərinə etiraz olaraq paytaxt Parisdə yerləşən Əlillər Evinin qarşısında etiraz aksiyası keçirib.
Viral.az “TV5 Monde”nin saytına istinadən xəbərinə görə, əllərində müxtəlif plakatlarla küçələrə çıxan etirazçılar 500 avtomobillə mərkəzə doğru irəliləyib.
Taksi Sürücülərinin Həmkarlar İttifaqının bildirdiyinə görə, əsas tələb daşınmaya görə tariflərin azaldılması barədə qərarın ləğvindən ibarətdir.
Son Yazılar:
- Bakıda dəhşət: İt sahibini parçalayıb ÖLDÜRDÜ
- Həmin qadına maaşının 3 qatını verməsəm, kişi deyiləm
- “Günəşli” yatağında neftçi öldü – FOTO
Tələblər arasında həmçinin bu xidmətə görə tətbiq olunan vahid tarifin aradan qaldırılması, gediş haqqının taksometrin müəyyən etdiyi həddə ödənilməsinə icazə verilməsi, habelə onlayn taksi xidmətlərinin ləğvindən ibarətdir.
Onlar həmin şirkətləri haqsız rəqabətə səbəb olmaqda ittiham edir.