Rüfət Səfərov bu maddələrlə ittiham OLUNUR

Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb.

Viral.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən məlumat təsdiq edilib.

Məlumata görə, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.

Son Yazılar:

Bununla bağlı araşdırma aparılır.

Rüfət Səfərova Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə ) və (221.1-ci xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb.

Bu barədə vəkili Cavad Cavadov məlumat verib. Vəkil qeyd edib ki, R. Səfərov şübhəli şəxs qismində tutulub.