Avqust ayından etibarən “BakıKart” tətbiqində texniki nasazlıq yaranıb. Problemin yaranmasından 3 aya yaxın vaxt keçsə də, hələ də tətbiq istifadəyə verilməyib.
Viral.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, “BakıKart” tətbiqində təkmilləşdirmə işləri davam etdirilir: “Tətbiq yaxın günlərdə istifadəyə veriləcək”.
Qeyd edilib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib:
Son Yazılar:
- “Kartdan karta” işləyən 408 sahibkara sanksiya tətbiq EDİLDİ
- Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?
- Azərbaycanda axunddan gözlənilməz ADDIM
“Mobil tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Sərnişinlər ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, “BirBank” və “M10″ tətbiqlərində QR-kod yaratmaqla) istifadə edə bilərlər”.