Denis Marandiçinin ağır zədələnməsi bizim üçün böyük itki oldu.
Viral.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Sabah”a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, məğlubiyyətə görə məyus olduqlarını bildirib:
Son Yazılar:
- Misirdə Azərbaycan Diasporunun sədri Misirin müftisi ilə GÖRÜŞDÜ
- “Kartdan karta” işləyən 408 sahibkara sanksiya tətbiq EDİLDİ
- Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?
“Hər şeydən əvvəl Denis Marandiçinin ağır zədələnməsi bizim üçün böyük itki oldu. Qələbə hesabını qorumağa təcrübə çatmadı. Müdafiədə adi bir səhv etdik. Denisin zədələnməsi də komandaya təsir etdi. Amma futbolçular axıra kimi döyüşdülər. Penalti seriyası lotoreyadır. Çox təəssüflənirəm ki, adi, elementar səhvdən ikinci qolu buraxdıq”.