Yaponiya, Amerika və Cənubi Koreyanın sahil mühafizə gəmiləri Kioto prefekturasının yaxınlığında Yapon dənizində ilk birgə təlim keçirib.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Təlim ssenarisinə əsasən, Yapon dənizində iki gəmi toqquşub, bundan sonra üç ölkənin sahil mühafizə gəmiləri axtarış-xilasetmə əməliyyatını hazırlayıb həyata keçirməyə başlayıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Yaponiya, ABŞ və Cənubi Koreya da gəmidəki yanğının söndürülməsi, məlumat mübadiləsi və ekipajın xilas edilməsi üzrə təlimlər keçirib.
Təlimdə hər ölkədən bir olmaqla üç sahil mühafizə gəmisi və ABŞ və Yaponiyadan iki helikopter iştirak edib.
(redaktor.az)