İsveç NATO ölkələrinin hava məkanının monitorinqində iştirak edəcək

İsveç hökuməti silahlı qüvvələrə NATO ölkələrinin hava məkanının monitorinqində İsveç Hərbi Hava Qüvvələrinin iştirakını təmin etməyi tapşırıb.

Viral.az xarici mediaya istinadla xəbər verir ki, baş nazir Ulf Kristersson bu barədə Alyansın baş katibi Yens Stoltenberqlə Stokholm yaxınlığındakı Berqa hərbi bazasında keçirdiyi mətbuat konfransında bildirib.

“İsveç NATO-ya hava polisi adlanan hava məkanının müşahidəsi çərçivəsində NATO-ya təyyarə verəcək”, – deyən hökumət başçısı əlavə edib ki, bunlar İsveçdən göndəriləcək İsveç “Gripen” qırıcılarıdır: “Bu, daimi iştirakdır”.

Son Yazılar:

İsveç artıq bu cür nəzarəti milli komandanlıq altında həyata keçirir və yeganə fərq İsveç Hərbi Hava Qüvvələrinin artıq birbaşa NATO komandanlığı altında fəaliyyət göstərməsi olacaq. İştirak edən bütün təyyarələr İsveçdə yerləşəcək və əsasən Baltikyanı regionda istifadə olunmağa davam edəcək.

Milli silahlı qüvvələrin başqa ölkələrə göndərilməsi üçün İsveç parlamentindən icazə tələb olunur, lakin SVT telekanalının məlumatına görə, indi Nazirlər Kabineti belə bir qərara ehtiyac görmür. İsveç təyyarələri Baltik dənizi ölkələri üzərində müşahidə aparacaq.

(redaktor.az)