Zaqatala sakinində qarayara xəstəliyi aşkarlanıb.
Viral.az APA-ya istinadən xəbər verir ki, rayonun Faldarlı kəndində, kənd sakini 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyinin aşkarlandığı bildirilir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Məlumata görə, C.Süleymanov Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kənd sakinində qarayara xəstəliyinin aşkarlanması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən fakt təsdiqlənib.
Nümayəndəlikdən verilən məlumata əsasən, kəndin daha iki sakini – 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirlib. Onlardan da müvafiq nümunələr götürülüb laboratoriyada yoxlanmaq üçün göndərilib.
Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam edilib.