Çox isti, qaynar şorbalar, çaylar xərçəngə gətirib çıxara bilər.
Viral.az Medicina.az-a istinadən xəbər verir ki, onkoloq Maqomed Süleymanov acı, qaynar qida və mayelərin təsirindən danışıb.
“Mədə, qida borusu, qırtlaq xərçəngi ən ağır və amansız növlərdəndir. Müasir onkoloji inkişafa rəğmən bu xərçəng növləri daha çox insanın həyatına son qoyur. Mədə və qida borusu xərçəngi 80% hallarda gec aşkarlanır. Bu növ xərçəngin səbəblərindən biri orqanların yollarının, selikli qişalarının travması, xroniki xorası, iltihabıdır.
Son Yazılar:
- Rusiya aviaşirkətləri Azərbaycana uçuşları ləğv etdi
- AZAL təyyarəsinin qara qutuları bu ölkəyə göndərilir
- Əfqanıstan XİN Azərbaycana başsağlığı verib
Qaynar qəhvə, çay, şorba yeyənlərdə qida borusu, mədə divarının xroniki travmalaşması baş verir. Bu adamlarda bədxassəli şiş riski artır. Bu prosesi sadə dillə belə izah edim: zədələnmiş toxuma özünü bərpa üçün hüceyrələrin intensiv bölünməsi başlayır, bu da yaş artdıqca həmin hüceyrələrin bədxassəliyə çevrilməsini artırır.
İstisna edilmir ki, hansısa məqamda hüceyrələr düzgün bölünməyəcək və şişlərə çevriləcək. Ona görə də xüsusən yaşlı adamların qaynar yemək və çay içməsinin qarşısını alın. Eləcə də bu vərdişi tərgidin.
Yeməkləri əlavə olaraq istiotlamayın, turş, acı qidalar yeməyin. Qaynar yeməyi bir qədər soyudub yeyin”, – M.Süleymanov qeyd edib.