Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək.
Viral.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Husyev Yuriy “X” hesabında məlumat verib.
“Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq” , – səfir bildirib.
Son Yazılar:
- Bəşər Əsəddən sonra ilk Yeni illərini belə qeyd etdilər
- Məhkəmə zalından film kimi qaçış
- 2025-ci ilə keçən problemlər… – Yeni ilin gündəmi bunlar OLACAQ
Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub. //qaynarinfo