Qubada 45 yaşlı kişi arvadının şikayəti əsasında həbsə göndərilib.
Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ailə üzvləri arasında mübahisə E.Kərimovun arvadından işdən çıxmasını tələb etməsi ilə başlayıb.
O, sonradan sərxoş vəziyyətdə həyat yoldaşını küçədə nalayiq sözlərlə təhqir edib.
Son Yazılar:
- ABŞ Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil
- Zelenski sülhə doğru deyil, yanlış istiqamətə hərəkət edir
- Tramp İrana qarşı bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır
Səs-küyə gələn polis əməkdaşları E.Kərimovu şöbəyə aparıblar. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
İnzibati qaydada tutulan şəxs əməlindən peşman olduğunu dilə gətirib, yüngül tənbeh edilməsini istəyib.
Amma arvadı onu təhqir edən ərinə qarşı şikayətindən imtina etməyib. Hakimə ərinin onu dəfələrlə təhqir etdiyini deyib.
Məhkəmin qərarı ilə E.Kərimov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 5 günlük həbs edilib.