Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda avtomobil polis bölməsinin hasarına çırpılıb.
Viral.az xəbər verir ki, yayılan məlumata görə, hadisə bu gün səhər saatlarında Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Avtomobilin kirayə götürüldüyü və yüksək sürətlə idarə olunduğu qeyd edilib. Belə ki, nəqliyyat vasitəsi əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb.
Son Yazılar:
- “Real Madrid” “Valensiya”ya qalib gələrək yeni uğura imza atdı
- ADY Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa etdi
- Polis 15 şübhəlini SAXLADI
Məsələ ilə bağlı APA-nın sorğusuna Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli münasibət bildirib.
O deyib ki, hadisəyə səbəb ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.