Tbilisinin mərkəzində Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyası başa çatıb.
Viral.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olmayıb.
Son Yazılar:
- İlon Mask bu məşhur futbol klubunu almaq istəyir
- İlham Əliyev Qərbi Azərbaycan məsələsindən DANIŞDI
- Şəmkirdə fərdi yaşayış evində yanğın OLDU
Məlumata görə, cümə axşamı Gürcüstan parlamenti qarşısında növbəti mitinq başlayıb. Aksiya əvvəlki kimi sakit keçib. Bəzi etirazçıların polisə pirotexniki vasitələr, həmçinin daş atması halları da olub, lakin təhlükəsizlik qüvvələri Tbilisidəki etirazların ilk altı günündə olduğu kimi cavab tədbirləri görməyib.
Yerli vaxtla saat 03:00 radələrində etirazçılar “Rustaveli” prospektindən dağılışmağa başlayıblar.
Xatırladaq ki, Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası noyabrın 28-də başlayıb. Aksiyaya səbəb Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və cəmiyyətdən bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib.