Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
Bu barədə Viral.az–a Bakı Metropoliteni QSC-dən bildirilib.
İlkin məlumata əsasən, sərnişin hadisə nəticəsində ağır xəsarət alıb.
Son Yazılar:
- Fənərbağça” bu mövsüm Türkiyə Kubokuna qatılacağını AÇIQLADI
- Qəzza zolağından İsrailin cənubuna raket ATILDI
- “Səbail” müdafiəçisi ilə yollarını AYIRDI
Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və əraziyə təcili tibbi yardım xidməti çağırılıb.
Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Araşdırmalar aparılır, ətraflı məlumat təqdim ediləcək.
Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.
21:55
Bakı Metropoliteninin “Dərnəgül” – “Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarı 15 dəqiqədən çoxdur, “Ulduz” – “Koroğlu” stansiyaları arasındakı tuneldə qalıb.
Viral.az xəbər verir ki, bu barədə sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, qatarın hərəkətinin dayanmasına səbəb sərnişinlərdən birinin relslərin üstünə yıxılmasıdır.