Qərbi Azərbaycan Televiziyasının multimedia sektorunun rəhbəri yazıçı-publisist Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Miraslan Bəkirli Naftalanda ezamiyyədə olub.
Viral.az xəbər verir ki, ŞİH başçısı Vüqar Novruzov qonağı qəbul edib, görüşdə icra başçısı şəhərin turizm potensialından, o cümlədən burada vətən həsrəti ilə yaşayan Qərbi Azərbaycanlılardan söhbət açıb.
Son Yazılar:
- “Anamın borcunu ödəmək üçün çılpaq şəkillər çəkdirib, satdım” – SƏMRA
- Dələduzluğa görə axtarışda olan 15 nəfər SAXLANILDI
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
Qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bugün həmvətənlərimiz Qarabağa qayıdır, tezliklə Qərbi Azərbaycanlılarda öz dədə baba torpaqlarına qayıdacaqlar. Həmçinin, televiziyanın fəaliyyətinin Qərbi Azərbaycanın zəngin irsinin, tarixinin, mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd edək ki, burada yaşayan və deportasiyaya məruz qalmış ailələr ilə görüş olub, milli mətbəx nümunələri nümayiş olunub, həmçinin, Qərbi Azərbaycandan olan ailələr doğma ata baba yurdlarından xatirələrini bölüşüblər.