XXI əsrin ən yaxşı yarımmüdafiəçiləri AÇIQLANDI

XXI əsrdə dünya futbolunun ən yaxşı yarımmüdafiəçiləri müəyyənləşib.

Viral.az xəbər verir ki, siyahını Böyük Britaniyanın nüfuzlu “GiveMeSport” nəşri tərtib edib.

İlk pillədə İspaniya yığması ilə iki dəfə Avropa, bir dəfə dünya çempionu olmuş “Barselona”nın sabiq oyunçusu Xavi Ernandes qərarlaşıb.

Son Yazılar:

Xorvatiya millisinin və İspaniya təmsilçisi “Real”ın üzvü Luka Modriç ikinci, karyerasını bitirmiş digər ispaniyalı Andres İnyesta üçüncü sırada göstərilib.

Növbəti mövqelərdə Toni Kroos, Kevin De Bruyne, Bastian Şvaynştayger, Frenk Lempard, Stiven Cerrard, NQolo Kante və Anrea Pirlo yer alıblar.