Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) Nizamnamə fondu artırılıb.
Viral.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, “Azərkosmos”un nizamnamə kapitalı 75 000 000 manat və yaxud 18,8 % artırılaraq, 398 605 880 manatdan 473 605 880 manata çatdırılıb.