ABŞ dövlət katibi Entoni Blinken iyunun 10-da İsrailə səfər edəcək.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, Blinkenin səfərinin Qəzza zolağında girovların azad edilməsi və anklavda atəşkəsin bərqərar edilməsi üzrə üç mərhələli razılaşmanın irəliləyişinə yönəlmiş səylər fonunda baş tutacağı bildirilir.
Mayın 31-də ABŞ prezidenti Co Bayden üç mərhələdən ibarət yeni sülh sazişi layihəsinin şərtlərini açıqlayıb.
Son Yazılar:
- “İğtişaş olsa, interneti kəsəcəyik” – Lukaşenko
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
Şərtlərə altı həftə ərzində tam atəşkəsə nail olmaq, İsrail qoşunlarının Qəzzanın məskunlaşmış bölgələrindən çıxarılması, yüzlərlə fələstinli məhbusun həbsdən azad edilməsi müqabilində HƏMAS hərəkatı tərəfindən girovların azad edilməsi kimi məsələlər daxildir.
Həmçinin bu müddət ərzində tərəflər danışıqlara başlamalıdır və atəşkəs qarşılıqlı anlaşma əldə olunana qədər qüvvədə olmalıdır