Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi İlqar Hüseynov təqaüdə göndərilib.
Bu barədə Viral.az-a Ali Məhkəmədən məlumat verilib.
Məlumata görə, dekabrın 6-da bununla bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynov uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Onun bundan sonrakı fəaliyyətində də Ali Məhkəmənin və bütövlükdə hüquq ictimaiyyətinin inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.
Son Yazılar:
- Çavuşoğlunun atası vəfat ETDİ
- “Bavariya” cənubi koreyalı futbolçusunu satmağı planlaşdırır
- Körpü uçdu, qəsəbə ilə əlaqə kəsildi
İlqar Hüseynov Ali Məhkəmədə işlədiyi dövrlə bağlı təəssüratlarını bölüşüb.
Sonda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.