Ceyhunun qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edildi

Naxçıvanda itkin düşdükdən sonra qətlə yetirilmiş vəziyyətdə tapılan əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı həbs edilən komandirinin ibtidai istintaqı tamamlanıb.

Viral.az xəbər verir ki, istintaqın gedişində komandir polkovnik Samir Həziyevdən əlavə, hərbi-hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.

Son Yazılar:

Cinayət işi baxılması üçün məhkəməyə göndərilib (Qafqazinfo). 

Fotoda: Aydın Quliyev