Bakının Yasamal rayonunda yaşayış binalarının liftlərində uşaqlara qarşı qeyri-etik hərəkətlər edən manyak saxlanılıb.
Viral.az xəbər verir ki, əsasən azyaşlı qız uşaqlarına qarşı liftlərdə seksual hərəkətlər edən şəxs barədə valideynlər polisə müraciət ediblər.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Rəfail Məmmədov saxlanılıb.
Son Yazılar:
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
- Ümummilli liderin anım günüdür
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq R.Məmmədov həbs edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Şübhəli şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri xahiş olunur.