Dekabrın 6-da Bəhreyndə “20-ci Təhlükəsizlik Sammiti – Manama Dialoqu Forumu” öz işinə başlayıb. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir.
Bu barədə Viral.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, forumda Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir.
Son Yazılar:
- Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi
- Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
- Hikmət Hacıyev NATO nümayəndələri ilə müzakirələr ETDİ
Y.Rəfiyev Forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusunda paneldə məruzəçi qismində çıxış edib.
Forum çərçivəsində eyni zamanda, Y.Rəfiyevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
Forum dekabrın 8-dək davam edəcəkdir.