Lerikdə icra nümayəndəsinin ölümünün bəzi təfərrüatları məlum OLDU

Xəbər verdiyimiz kimi, dünən Lerik Rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti aşkar edilib.

Vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

Viral.az xəbər verir ki, 30 yaşlı Şəfiq Əliyev günorta saat 13:00-da işdə olarkən ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxıb.

Son Yazılar:

Bundan sonra onun mobil telefonuna zəng çatmayıb. Axşam saat 19:00-da isə yaxınları tərəfindən axtarılan icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbiristanlığının girişində aşkarlanıb.

Ş. Əliyevin yaxınları qəbiristanlığı axtararkən onun meyiti içəridə, ağacdan asılı vəziyyətdə tapılıb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib (APA).