Suriyalı üsyançı qruplar İtaliyanın Suriyadakı səfirliyinə daxil olublar.
Viral.az xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani deyib.
“Suriya üsyançıları rejim adamlarını axtarmaq üçün İtaliya səfirinin iqamətgahının həyətinə daxil olublar. Hadisə nəticəsində səfir və qərargahın mühafizə işçiləri xəsarət almayıb. Üsyançılar 3 avtomobili özləri ilə aparıblar”, – deyə nazir qeyd edib.
Son Yazılar:
- 2025-in trendi: hansı rəngləri daha çox görəcəyik?
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
Antonio Tayani İtaliya Baş naziri və müdafiə naziri ilə daim əlaqə saxladığını bildirib.
İtaliyanın müdafiə naziri Quido Krosetto italyan personalın təhlükəsizliyini və onların mümkün surətdə çıxarılmasını təmin etmək üçün bütün variantları nəzərdən keçirdiklərini deyib.